"Binəqədi rayonu Xocasən bələdiyyəsi qəsəbə ərazisində daim vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində işlər aparır və müvafiq icra orqanlarının həyata keçirdiyi layihələrə öz töhvəsini verir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Məhərrəm əsgərov bildirib.
Sədrin sözlərinə görə, daim sakinlərlə təşkil edilən səyyar görüşlərdə və qəbullarda qaldırılan məsələlərin bələdiyyəyə aid olub-olmamasından asılı olmayaraq bütün məsələlər diqqət mərkəzində saxlanılır.
ən son belə bir görüş isə “28 May” yaşayış massivində yaşayan sakinlərlə keçirilib. Görüşdə sakinləri narahat edən problemlər dinlənilmiş və həlli istiqamətində söhbətlər aparılmışdır.
Yerli vergilərin yığımında yaranmış çətinliklərə toxunan sədr bildirib ki, hazırda qəsəbə ərazisində kifayət qədər sənədsiz mənzillərin mövcud olması vergilərin yığımına da təsirsiz ötüşmür. Sön aylarda bu məsələ ölkə başçısının diqqət mərkəzində olması tezliklə problemin həllinin tapılacağından xəbər verir. Məhz ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 20 may 2019-cu il tarixli, 99 saylı sərəncamı ("Binəqədi rayonu ərazisində 2000-ci ilə qədər inşa edilmiş fərdi yaşayış evlərinin müəyyənləşdirilməsi ilə əlaqədar komissiya yaradılması haqqında" ) təqdirəlayiq bir haldır. Bununla bağlı bələdiyyənin inzibati binasında bələdiyyə qulluqçularının iştirakıyla geniş iclas keçirilmiş, bələdiyyə qulluqçuları və müfəttişləri tərəfindən qaldırılan məsələlər müzakirə edilmiş və aidiyyatı üzrə tapşırıqlar verilmişdir.
Məhərrəm əsgərov daha sonra bildirib ki, bələdiyyə qulluqçularının iştrakıyla daha bir iclas Binəqədi Rayonu icra Hakimiyyəti başçının imzaladığı 63 saylı 01.04.2019-cu il tarixli Binəqədi rayonu ərazisində sanitar-təmizlik aylığının keçirilməsi haqqında sərəncamının icrasıyla bağlı olub: “Bizim qulluqçuların əsas vəzifəsi ilk növbədə sakinlər arasında maarifləndirmə işinə diqqəti artırmaqdır.”
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|